Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-07 17:39:00
"İlkin təhsilin dörd nəticəsi"-UNEC rektoru  
"1-3 dekabr tarixlərində UNEC İQTİSADİ FORUMU keçirdik. Belə Forum hər il keçiriləcək və əsas hədəfimiz ölkəmizin gələcək uğurlu inkişafı üçün əhəmiyyət kəsb edən məsələlərin ciddi müzakirəsini təmin edə biləcək bir platformanın yaradılmasıdır".
 
AzEdu.az xəbər verir ki bu sözləri UNEC rektoru Ədalət Muradov facebook səhifəsində yazıb 
 
Rektor qeyd edib ki "forumda dünyanın tanınmış alimlərinin və mütəxəssislərinin maraqlı fikirlərini dinlədik".
 
Ədalət Muradov FORUM-un nəticələrini 4 hissəyə bölüb:
 
1. Yeni biliklərin cəmiyyət tərəfindən mənimsənilməsi prosesinin güclü tərəfi kimi onun populyarlaşması demək olar ki, müşahidə olunmur. Bunun əvəzinə ən yeni biliklərlə əhalinin bəsit formada tanışlığına üstünlük verilir.
 
2. Texniki elmlərə artan maraqla bu prosesin sosial nəticələrinə diqqətin azalması arasında uçurum artır. Bu prosesin daha da sürətləndiyini gördük.
 
3. Elmi tədqiqatların nəticələri və nüfuzlu alimlərin elmi fikirlərilə onların kütləvi informasiya vasitələrində işıqlandırılması arasında ciddi uyğunsuzluq mövcuddur.
 
4. Müasir elm və KİV-in müxtəlif sosial orientasiyaya və dilə malik olduğu açıq görünür. Ona görə də yeni biliklərin KİV vasitəsilə cəmiyyətə ötürülməsində problem var.
 
 
 
 Son olaraq rektor uğurlar arzulayıb