Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-07 09:25:00
İnzibati icraçı vəzifələr üzrə test imtahanı vermək üçün bu qədər  namizəd qeydiyyatdan keçib  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dekabrın 19-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.

DİM-dən  bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat dekabrın 8-i saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 18:30-dək imtahanda iştirak etmək üçün 1438 (BA - 347, BB - 1091) nəfər qeydiyyatdan keçib.

İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək İmtahana buraxılış vərəqəsində qeyd olunacaq.