Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-06 15:32:00
28 nəfər uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib

On altı dövlət orqanında 36 vakant vəzifə üzrə noyabrın 4-dən başlanan ümumi müsahibə davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, ümumi müsahibə dövlət orqanlarında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vakant vəzifələrin tutulması üçün keçirilir. Mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla müsahibəyə çıxarılan vəzifələrin 9-u dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 27-si B növü vəzifələrə (inzibati icraçı) aiddir. Müsahibədə iştirak etmək üçün 189 nəfərin müraciəti qeydə alınıb. Bu gün saat 11:35-dək olan məlumata görə, müsahibədə 28 nəfər uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Ümumi müsahibə dekabrın 8-də yekunlaşacaq.