Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-06 12:26:00
Elmlə məşğul olmaq istəyən azərbaycanlı gənclərə güvənirəm-Əziz Səncər

 

"Azərbaycanlı elm adamları ilə əməkdaşlıq etmək kimi planlarım yoxdur"

 

AzEdu.az xəbər verir ki, bunu dünyaca məşhur biokimyaçı, Nobel mükafatı sahibi, türk əsilli alim Əziz Səncər Azərbaycanda keçirilən brifinqdə deyib.

 

Alim, ona qoşulmaq istəyən azərbaycanlı gəncləri sevə-sevə qəbul etdiyini, ancaq Azərbaycandakı elm laboratoriyaları ilə əməkdaşlıq etməsinin mümkün olmadığını bildirib:


“10 nəfərlik bir laboratoriyam var, ancaq onu idarə edirəm. Elmdə diqqətini yönəltmək çox vacibdir. Eyni vaxtda bir çox şeyə etməyə çalışsanız, heç birində uğur qazana bilməzsiniz. Bu baxımdan mən hazırda üzərində çalışdığım mövzuya başqa alimlərlə əməkdaşlıq etmədən tam diqqətimi vermək istəyirəm. Ancaq Azərbaycandan tələbə və doktorantlar arasından gəlmək istəyən olarsa, çox məmnun olaram. Mən elmlə məşğul olmaq istəyən azərbaycanlı gənclərə güvənirəm. Mənim yanıma gələnlərin uğur qazanacaqlarına inanıram və sevə-sevə qəbul edirəm. Ancaq burada elm laboratoriyaları ilə əməkdaşlıq etməyim mümkün deyil. 40 yaşımda olsaydım edərdim, ancaq hazırda edə bilmərəm”.