Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-06 12:14:00
Əziz Səncər Prezident İlham Əliyevlə görüşün maraqlı detallarını açıqlayıb-BU ELM SAHƏLƏRİ inkişaf etməlidir

“Preizdent İlham Əliyevlə görüşdə dedim ki, mən türk milliyyətçisiyəm".

 

AzEdu.az xəbər verir ki, bunu dünyaca məşhur biokimyaçı, Nobel mükafatı sahibi, türk əsilli alim Əziz Səncər Azərbaycanda keçirilən brifinqdə deyib.


O, prezidentlə görüşündə elmin vacibliyini vurğuladığını bildirib:


“Ancaq türk milliyyətçisi olmağın vacib bir tərəfi də elmdə güc yaratmaqdır. Elmdə inamlı olmasaq, istədiyin qədər milliyyətçi, vətənini sevən belə olsan, xarici qüvvələrin etdiklərinə qarşı özünü qoruya bilməzsən. Bunu Azərbaycan, həm də Türkiyə liderlərinə bildirmişəm. Biz təməl elmlərə böyük yatırımlar etməliyik”.