Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-06 11:38:00
44 günün hər anı müharibəni izlədim-Əziz Səncər

“Qarabağ Zəfəri Türkiyənin Qurtuluş Savaşından sonra türk dünyasının ən böyük qalibiyyətidir”


AzEdu.az xəbər verir ki, bunu dünyaca məşhur biokimyaçı, Nobel mükafatı sahibi, türk əsilli alim Əziz Səncər Azərbaycanda keçirilən brifinqdə deyib.

 

O qeyd edib ki, bu sadəcə Azərbaycanın deyil, Qurtuluş Savaşından sonra türk dünyasının ən böyük zəfəridir:


“Çox sevindim, gecə-gündüz 44 günlük müharibəni izlədim. Şuşa rəsmi olaraq Azərbaycanın mədəniyyət mərkəzi elan edildi, o, eyni zamanda tarixi əhəmiyyətinə görə türk dünyasının mədəniyyət paytaxtı olaraq qəbul edilir. Özümə söz vermişdim ki, Şuşa azad olunarsa oraya gedib Şuşa məscidində namaz qılacağam”.