Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-06 10:59:00
Diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək        

Dövlət İmtahan Mərkəzi (DİM) Xarici İşlər Nazirliyi ilə birgə diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün 2022-ci il yanvarın 23-də test imtahanı keçirəcək.

 

AzEdu.az xəbər verir  ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında dekabrın 23-ü saat 10:00-dan 2022-ci il yanvarın 12-si saat 18:00-dək həyata keçiriləcək. Qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq.

 

Qeyd edək ki, DİM tərəfindən dekabrın 26-da xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı da keçiriləcək. Namizədlərin sınaq imtahanı üçün qeydiyyatı DİM-in internet portalında dekabrın 8-i saat 10:00-dan dekabrın 19-u saat 18:00-dək həyata keçiriləcək. Sinaq imtahanı üçün qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq.

 

Namizədlər DİM-in saytında qeyd olunan link vasitəsilə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.