Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-03 17:34:00
AzTU tələbələri "İlk tibbi yardım" təlimində iştirak edib-FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə tələbələrə 1 nömrəli Bakı Tibb Kollecinin müəllimi Səbuhi Məmmədov tərəfindən "İlk tibbi yardım" təlimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Təlimdə hər hansı həyati təhlükə yaranan məqamda həkimlərin köməyi təmin edilənə qədər şəxsin həyatının xilası üçün göstərilən ilk tibbi yardım haqqında tələbələrə ətraflı məlumat verilib. İlk tibbi yardımla bağlı bəzi məqamlar, o cümlədən ürək masajı, süni tənəffüsvermə qaydaları tələbələrə əyani olaraq nümayiş olunub.

 

Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, belə təlimlər AzTU-da mütəmadi olaraq keçiriləcək.