Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-03 12:32:00
Cəmiyyətdə təhsillə bağlı çaşqınlıq doğuran məqamlar-Emin Əmrullayev açıqladı

2 dekabrda UNEC-də İqtisadi Forumu çərçivəsində "Post-pandemiya dövründə elm və təhsil" mövzusunda tədbir keçirilib.

 

 

Tədbir zamanı Təhsil naziri Emin Əmrullayev cəmiyyətdə təhsillə bağlı çaşqınlıq doğuran məsələləri diqqətə çatdırıb.

 

 

AzEdu.az həmin məqamları təqdim edir:

 

 

Təhsil naziri online tədris haqqında fikirlərini bildirib:

 

 

“Heç də bütün sahələrdə distant təhsillə istənilən keyfiyyəti əldə edə bilmirik. Keyfiyyət olmadan distant təhsil barədə danışmaq yarım qalır".

 

 

Emin Əmrullayev qeyd edib ki, pandemiya təhsilə ciddi təsir edib:

 

 

“İtirilmiş öyrənmə Bakının mərkəzində yaşayan şagirdlərə və ucqar ərazilərdə olan təhsilalanlara eyni təsir etməyib. İtirilmiş öyrənməyin bərpası ilə bağlı suallar hələ də açıq qalır”.

 

 

Nazir vurğulayıb ki, məqsədimiz təhsili distant etmək yox, nəyəsə nail olmaqdır:

 

 

“Hesab edirəm ki, distant təhsil heç də hər zaman ucuz deyil. Hibrid modellər mütləq olmalıdır, amma bunun necə olması olduqca vacibdir. Təhsil proqramları modern olmalı və tələblərə cavab verməlidir".

 

 

Emin Əmrullayev bildirib ki, ali məktəblərdə yeni ixtisaslar olmalıdır:

 

 

"Ali təhsil müəssisələrində yeni ixtisaslar olmalıdır. Lakin bakalavr pilləsində ixtisasları darlaşdırmaq yox, bacarıq sahələri gətirilməlidir. Hər il peşə sahəsi üzrə yeni bir ixtisasların olmasını doğru hesab etmirəm".

 

 

Azərbaycanda növbəti həftələrdə ənənəvi tədris tam bərpa oluna bilər:

 

 

"Azərbaycanda tədris ili başlayandan, sentyabrın 22-dən indiyə qədər 62 məktəb distant təhsilə keçib. Onlardan təxminən 10-a yaxını hazırda distant təhsildədir, əksəriyyəti ənənəvi tədrisə geri qayıdıb".

 

 

Nazir qeyd edib ki, istilik sisteminin söndürülüb yandırılması televiziya pultu kimi deyil:

 

 

“Əvvəlki tədris ilində fasilələr olduğundan hər bir dövr istilik sistemində problem yaradırdı. İstilik sisteminin söndürülüb yandırılması televiziya pultu kimi deyil. Sistem hər dəfə yandırılıb söndürüləndə müəyyən problemlər ortaya çıxır".

 

 

Təhsil Nazirliyi müəllimlərin sertifikasiya imtahanının gecikməsinin səbəblərini açıqlayıb:

 

 

“Yoluxma sayı aşağı düşəndə və daha dayanıqlı vəziyyətə çıxdıqdan sonra müəllimlərin sertifikasiyaya cəlb olunması prosesinə başlanılacaq”.

 

 

Nazir tələbə təhsil kreditləri ilə bağlı narazılıqlara münasibət bildirib:

 

 

“18 yaşından aşağı olan tələbələrin kredit alması ilə bağlı narazılıq həllini tapır. Bəzi narazılıqlar isə anlaşılmazlıqla bağlıdır. Sosial problemi olanlar sosial kreditə, sosial problemi olmayanlar isə daha yüksək bal yığıb standart güzəştlərdən yararlana bilər. Bu kreditlər sosial alətlərdir. Zamanla cəmiyyətlə birgə çalışaraq vəziyyəti düzgün normal şəkildə təmin edə bilərik".

Şükufə Süleymanlı
Müəllifin digər yazıları