Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-03 09:27:00
Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibədə 23 nəfər uğur qazanıb    

On iki dövlət orqanında 30 vakant vəzifə üzrə noyabrın 1-dən başlanan daxili müsahibə davam edir.

 

AzEdu.az xəbər verir  ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilib. Müsahibədə iştirak etmək üçün 70 nəfərin müraciəti qeydə alınıb. Bu gün saat 17:20-dək olan məlumata görə, müsahibədə 23 nəfər uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Müsahibə dekabrın 9-dək aparılacaq.