Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-07 09:12:00
Türkiyədə təhsillə bağlı vacib məqamlar-  Ekspert yenilikləri açıqlayır-MÜSAHİBƏ

 

 

 

 Gələn ildən etibarən xarici vətəndaşların Türkiyə Respublikasında ali təhsil alması qaydalarına dəyişiklik edilib. Yeni qərar Azərbaycanda da geniş müzakirələrə, hətta gənclər arasında müəyyən mənada narahatlığa səbəb olub.

 

Son günlər bir çox vətəndaşlar yeniliklərin nədən ibarət olması barədə çoxsaylı müraciətlər ünvanlayır və bundan sonrakı proseslərin necə olacağını soruşurlar.

 

Türkiyədə təhsil almaq istəyən gənclərimizi və onların valideynlərini düşündürən məqamlara xaricdə təhsil üzrə ekspert Nigar Rüstəmova  AzEdu.az vasitəsilə aydınlıq gətirir.

 

 

N.Rüstəmova ilə qısa müsahibəni təqdim edirik:

 

 

- Bundan sonra azərbaycanlı gənclər Türkiyədə hansı qaydalar əsasında təhsil ala biləcəklər?

 

 

-Türkiyənin Ali Təhsil Şurasının rəsmi qərarına əsasən, gələn ildən etibarən bu ölkənin universitetlərinə tələbə qəbulu MYÖS – Mərkəzi Yabancı Öğrenci Sınavı adlı altında mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Yəni, bundan öncə attestat, SAT, ABITUR və beynəlxalq imtahan nəticəsi ilə tələbə qəbulu aparılırdısa, bundan sonra Türkiyə universitetlərinə qəbulda MYÖS imtahanlarının nəticələri əsas götürüləcək.

 

 

Bu isə o deməkdir ki, artıq universitetlər öz YÖS imtahanını təşkil etməyəcəklər. Qəbul edilmiş yeni qərara əsasən, YÖS imtahanını mərkəzləşdirilmiş şəkildə ÖSYM - Ölçme, Seçme ve Yerleştirme Mərkəzi  keçirəcək. 2022-2023-cü tədris ilindən etibarən MYÖS imtahanının bir çox ölkələrdə tətbiq olunması planlaşdırılır.

 

- Hansı fakültələrə qəbul olunmaq üçün MYÖS imtahanı mütləqdir?

 

- Həmin fakültələr bunlardır: Tibb, Əzcaçılıq, Stomotologiya, Hüquq, Müəllimlik və Mühəndislik...

 

2022-ci ildən başlayaraq bu ixtisaslar üzrə dövlət universitetlərinə qəbul yalnız MYÖS imtahanları əsasında mümkün olacaq. Bu məqamı mütləq nəzərə almalıyıq.

 

Digər bir nüansı da diqqətinizə çatdırım ki, Azərbaycandan adlarını çəkdiyim ixtisaslardan başqa, digər fakültələr üzə qəbul Dövlət İmtahan Mərkəzi, SAT, beynəlxalq imtahan və attestat nəticələri ilə davam etdiriləcək. Yəni bu ixtisaslara qəbul prosesində hələlik yenilik gözlənilmir, əvvəlki qaydaların qüvvədə olması planlaşdırılır.

 

 

Bir daha xatırladım ki, müvafiq dəyişiklik dövlət universitetlərində Tibb, Əzcaçılıq, Stomotologiya, Hüquq, Müəllimlik və Mühəndislik fakültələrinə aiddir. Yeni tələblər özəl təhsil müəssisələrinə şamil olunmayacaq. MYÖS imtahanından əldə olunan bal Tibb, Əzcaçılıq, Stomotologiya, Hüquq, Müəllimlik və Mühəndislik fakültələrinə qəbul olunmaq üçün əsas hesab olunacaq.

 

- Qardaş ölkədə bu fakültələr üzrə dövlət universitetlərində təhsil almağı arzulayan gənclərimiz nə etməlidirlər?

 

 - Məsləhət görürəm ki, azərbaycanlı abituriyentlər və məzunlar vaxt itirmədən MYÖS hazırlığına başlasınlar. Türkiyədə nüfuzlu ixtisaslar üzrə təhsil almaq üçün yeganə yol imtahanlarda yüksək nəticə əldə etməkdir. Bunun üçün MYÖS hazırlığı mütləqdir.

 

 

Gənclərimiz imtahana yüksək səviyyədə hazırlaşıb, uğurlu nəticə əldə etməklə Türkiyədə  Tibb, Əzcaçılıq, Stomotologiya, Hüquq, Müəllimlik və Mühəndislik fakültələrində təhsil ala bilərlər.

 

 

Məncə, yeni qaydalar qətiyyən narahatlıq doğurmamalıdır. Bilikli, özünəgüvənən və hazırlıqlı abituriyentlər MYÖS imtahanından müvəfəqiyyətlə keçməklə, Türkiyədə ali təhsil arzusuna çata bilərlər.

 

 

Bundan öncəki qaydalara nəzərə salsaq görərik ki, YÖS – yəni Yabancı Öğrenci Sınavı universitetlər tərəfindən həyata keçilirdi. Bu səbəbdən imtahan prosesini izləmək bəzən çətinlik yaradırdı. Hesab edirəm ki, MYÖS imtahanı ilə universitetlər arasında fərqlərin qarşısını almaq mümkün olacaq. Eyni zamanda, sevindirici haldır ki, vahid imtahanın təşkili sayəsində universitetlər arasında bərabərsiz, ədalətsizlik və imtahan üçün müraciət prosesindəki çətinliklər aradan qalxmış olacaq.

 

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları