Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-29 14:41:00
UNEC rektoru Aziz Sancarla görüşündən danışdı

 

Nobel Mükafatı Laureatı Aziz Sancar UNEC İqtisadi Forumunda Bakıya səfər edib.

 

AzEdu.az xəbər verir ki, Aziz Sancarla görüşən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov forum çərçivəsində səfər planını açıqlayıb:

 

“UNEC İQTİSADİ FORUMDA iştirak etmək üçün Bakıya gələn Nobel Mükafatı Laureatı, Dostum Aziz Sancarı qarşıladım. Forum çərçivəsində Aziz Sancarın iştirakı ilə çox faydalı görüşlər (o cümlədən gənc tədqiqatçılar, olimpiada qalibləri olan yuxarı sinif şagirdləri və bir qrup şəhid övladları-tələbələr və Gəncədən olan qızımız Xədicə ilə görüş), çox maraqlı müzakirələr (o cümlədən, Postcovid elm və təhsilinə elmi baxış), Şuşaya səfər və digər maraqlı tədbirlər nəzərdə tutulmuşdur.

 

Dəvətimizi qəbul etdiyinə görə Dəyərli Aziz Sancara təşəkkür edirik.

 

Uğurlar!

Hər şey daha da yaxşı olacaq!”