Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-29 11:48:00
Təhsil Tələbə Krediti hansı hallarda sığortalanır?- Vacib NÜANS

 

Təhsil Tələbə Kreditlərinin (TTK) verilməsinə müraciətlərin qəbulu davam edir.

 

Kreditlərlə bağlı vacib məqamlardan biri də sığortalanmadır.

 

Bəs hansı hallarda TTK sığortalanır? Sığorta müqaviləsi nə zaman bağlanır və müqavilə üzrə sığorta haqqı necə ödənilir?

 

AzEdu.az xəbər verir ki, ölüm və əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik) hallarında Təhsil Tələbə Krediti sığortalanır.

 

TTK-nin sığortalanması kredit müqaviləsi rəsmiləşdirilən zaman həyata keçirilir.

 

Sığorta haqqı kredit müqaviləsinə uyğun hesablanır və kreditin məbləğinə əlavə olunaraq sdığorta müqaviləsində nəzərdə tutulmuş qaydada ödənilir.

 

Qeyd edək ki, TTK-nin sığortalanması zamanı faydalanan şəxs qismində müvəkkil bank müəyyən edilir.