Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-26 17:41:00
“Narkomaniya Ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib  

 

 

Abşeron rayon Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbdə “Narkomaniya Ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib.

 

 

Tədbirdə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları, Abşeron rayon İcra Hakimiyyətinin, Abşeron rayon Təhsil Şöbəsinin nümayəndələri iştirak edib.

 

Tədbirdə çıxış edənlər narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək fəsadlar vurduğunu, narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının və cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyini vurğulayıb. Qeyd edilib ki,  narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı, bu gün gənclərin sağlam böyüməsində ən mühüm amillərdən biridir.

 

 

Qonaqlar yeniyetmələrə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələrini veriblər.