Təhsil Nazirliyi təhsil tələbə krediti ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması məqsədilə xidmətlər təqdim edir.
Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bununla bağlı vətəndaşlar nazirliyin Çağrı Mərkəzinə (146-1), vatsap nömrəsinə (+994 51 206 78 48), “Virtual bələdçi” xidmətinə, təhsil tələbə krediti portalının (www.e-ttkf.edu.az) əks-əlaqə bölməsinə müraciət edə bilərlər.