Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-26 14:03:00
Texniki Universitetin tələbələri üçün bank xidmətlərinə dair təlimlər keçirilir

“Bank Respublika” ASC-nin əməkdaşlarının Azərbaycan Texniki Universitetinin (AzTU) İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün təlimləri davam edir.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, növbəti təlimlər “Bank Respublika” ASC-nin Pərakəndə satışlar departamentinin meneceri Alidə Əliyeva və Korporativ satışlar departamentinin direktor müavini Cavid Sultanov tərəfindən aparılıb.

 

Təlimdə pərakəndə və korporativ bank məhsulları və xidmətləri haqqında məlumat verilib, həmçinin mövzu ilə əlaqədar tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, təlimlər mütəmadi olaraq keçiriləcək.