Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-26 10:05:00
Valideynlər üçüncü doza vaksinə məcbur edilmir – Nazirlik rəsmisi

 

 

“Məktəb də çalışır ki, şagirdlər dərsdə davamlı iştirak edə bilsin, koronavirusa yoluxmasın. Bunun üçün də onun həm ailəsində, həm də məktəb mühitində vaksin olunan insanların sayı çox olmalıdır”

 

Bunu AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bir sıra məktəblərdən direktorların valideynlərdən üçüncü doza vaksin tələb etməsinə münasibətdə qeyd edib.

 

Sektor müdiri hər hansı təzyiq və məcburiyyətdən söhbət getmədiyini bildirib:

 

“Bu isə iki tərəfli bir haldır, həm məktəb, həm də ailə mühiti faktoru var. Bu səbəblə məktəbin də əsas qayəsi bundan ibarətdir. Burada hər hansı pis məqsədlə məcburetmə, yaxud təzyiqdən söhbət getmir. Çalışmaq lazımdır ki, insanlar vaksin olunsun. Nəzərə alaq ki, koronavirusa yoluxan, vəfat edən şəxslərin siyahısında vaksin olunmayan şəxslərin sayı üstünlük təşkil edir”.

 

 

O, dərslərin davamlılığın təmin olunması üçün vaksinasiyanın vacibliyini vurğulayıb:

 

“Bu tamamilə təhlükəsizliklə bağlı bir şeydir. Ona görə də burada müəllimlərin, valideynlərin, ümumilikdə bütün insanların vaksin olunması zəruri prosesdir. Bu  bizim COVİD-19 bəlası ilə mübarizədə yeganə çarəmizdir. Məcburiyyətdən daha çox, bunun üçün izah, bir-birini qarşılıqlı anlama yoluna üstünlük verilməlidir. Biz də buna belə təşviq etməyə çalışırıq. İstər valideyn, istər müəllim, istərsə də şagird olsun, əgər biz koronavirus bəlası ilə qarşılaşmamaq, müdafiə olunmaq istəyirik ki, vaksin olunmanı ciddi olaraq nəzərdə saxlamalıyıq”.