Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-25 09:24:00
DİM-də fizika və ədəbiyyat  fənləri üzrə işçi qruplarının iclası keçirilib  

Noyabrın 24-də Dövlət İmtahan Mərkəzində (DİM) fizika və ədəbiyyat (rus bölməsi) fənləri üzrə işçi qruplarının iclası keçirilib.

 

AzEdu.az xəbər verir ki, iclasda fizika fənni üzrə I və IV ixtisas qrupları üçün, ədəbiyyat (rus bölməsi) fənni üzrə isə III ixtisas qrupu üçün ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə olunub.

 

Müzakirələr nəticəsində imtahan modelində nəzəri biliklərin tətbiqinə yönəlmiş, məntiqi düşünməyə əsaslanan, səbəb-nəticə əlaqələri üzərində qurulan sxem, qrafik, cədvəl formalı tapşırıqlara üstünlük verilib. Həmçinin Eyler-Venn diaqramı və klasterdən istifadəyə, situasiya və mətnə aid tapşırıqların elmi metodiki xüsusiyyətlərinə xüsusi diqqət yetirilib.

 

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

 

Qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının 1 ci nömrəsində dərc ediləcək.

İşçi qrupunun növbəti iclası dekabrın 1-də keçiriləcək.