Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-23 11:36:00
Bu universitetin 100-ə yaxın tələbəsi koronavirusa yoluxub  

"Sentyabrın 29-dan ənənəvi tədris bərpa olunandan bu günə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100-ə yaxın tələbəsi koronavirusa yoluxub. Lakin aralarında ağırlaşma və ölüm halları qeydə alınmayıb".

 

AzEdu.az xəbər verir ki, bunu report-un sorğusuna cavab olaraq ali məktəbin mətbuat katibi Cavid Hüseynov deyib.

 

Onun sözlərinə görə, indiyə qədər 39 qrup distant təhsilə keçib: "Bir hissəsi artıq karantindən geri qayıdıb. Son 2 gündə daha 6 qrup ənənəvi tədrisə geri qayıdıb".