Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-23 11:24:00
Məktəblərin istiliklə sınağı, köçürməyə imkan yaradan müəllimlər-Ötən həftəyə baxış

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 15-21 noyabr tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Məktəblərdə istilik təminatı ilə bağlı operativ qrup yaradılıb:

 

Məktəblərin istiliklə təchizatında qeydə alınan məsələlərlə məşğul olmaq üçün "Nazirliyin 146-1 və Bakı şəhəri üzrə Təhsil İdarəsinin 146-0 Çağrı Mərkəzi və qurumun rəsmi “Whatsapp” xidməti (051 206 78 48) istifadəyə verilib.

 

Azərbaycanda koronavirusa görə bağlanan məktəb və siniflərin sayı açıqlanıb:

 

Tədris ili müddətində Gigiyena və Epidemiologiya Mərkəzlərinin müvafiq qərarıyla ümumilikdə 61 ümumi təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.

 

Bunlardan 37-si müddət tamam olduqdan sonra əyani tədrisə qayıdıb. Eyni zamanda 1537 sinifdə tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb. Bunlardan təyin edilən müddət başa çatdıqdan sonra 885 sinif əyani tədrisə qayıdıb.

 

X sinfə qəbul noyabrın 30-da yekunlaşacaq:

 

Peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbulu noyabrın 30-u saat 18:00-da yekunlaşacaq.

 

Bu il buraxılış imtahanlarından azad edilən məzunların sayı məlum olub:

 

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, IX sinif üzrə 862, XI sinif üzrə isə 147 məzun buraxılış imtahanlarından azad olunub.

 

İbtidai sinif müəllimləri həm keçən il, həm də bu il imtahanlarda köçürməyə şərait yaradıblar:

 

Cəlb edildiyi imtahanlarda dəfələrlə heç bir üzrlü səbəb olmadan iştirak etməyən 133 nəzarətçi də bazadan xaric edilib.

 

Bildirilib ki, ali təhsil müəssisələrinin qəbul imtahanının II mərhələsində əsasən tarix, coğrafiya, xarici dillər və ibtidai sinif müəllimləri, buraxılış imtahanlarında isə fizika, əmək və ibtidai sinif müəllimləri köçürməyə daha çox şərait yaradıblar. İbtidai sinif müəllimləri həm keçən il, həm də cari ildə qəbul və buraxılış imtahanlarında köçürməyə daha çox şərait yaradıblar.

 

Məzunların bir qismi təhsildən yayınma səbəbindən buraxılış imtahanlarına cəlb edilməyib:

 

Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçirilən buraxılış və qəbul imtahanlarının nəticələrinə dair araşdırma aparıb.

 

Bu məzunlar barədə məlumatlar 4 000-dən çox ümumtəhsil müəssisəsinin məsul şəxsləri tərəfindən “Şagird-məzun” sisteminə daxil edilib, məlumatlar yoxlanılaraq təsdiq edildikdən sonra buraxılış imtahanı bazası formalaşdırılıb.