Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-23 10:00:00
TOEFL iBT praktik təliminə qeydiyyat davam edir  

Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 16-da saat 18:30-da, dekabrın 18-19-da isə 15:00-da “Zoom” platforması üzərindən “ETS Global” ilə birgə ESL (ingilis dili ikinci dil kimi) müəllimləri üçün üçgünlük TOEFL iBT®️ Propell®️ praktik təlimini təşkil edir.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, bu təlim ingilis dili müəllimlərinin akademik ingilis dilini öyrətməkdə qarşılaşdıqları çətinlikləri aradan qaldırmaq üçün nəzərdə tutulmuş peşəkar inkişaf proqramıdır. Təlimin spikeri “ETS Global”ın Akademik Əlaqələr və ELT koordinatoru Yasemin Arşindir. Təlimdə müəllimlər dilin öyrədilməsi zamanı inteqrasiya olunmuş bacarıqlar yanaşması, bununla bağlı təlimat üsulları və strategiyalarını öyrənəcək, eyni zamanda, TOEFL iBT testinin oxuma, dinləmə, danışıq və yazı bölmələrindən praktiki nümunələr ilə tanış olacaqlar.

 

Bütün sessiyalarda iştirak edən iştirakçılara sertifikat veriləcək.

 

Qeydiyyat üçün linklər DİM-in saytında yerləşdirilib.