Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-23 09:12:00
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

Təhsil İnstitutu tərəfindən noyabrın 14-də keçirilmiş Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, nəticələrlə linkdə tanış olmaq mümkündür.

 

Müsabiqədə iştirak etmiş şagirdlər dekabrın 6-dan etibarən ttm.edu.az saytı vasitəsilə ölkə üzrə neçənci sırada olduqlarını öyrənə, eləcə də elektron sertifikatı saxlaya və ya çap edə biləcəklər.

 

Qeyd edək ki, müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur.

 

Xatırladaq ki, müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır. 1-ci, 2-ci və 3-cü yerləri tutmuş şagirdlər diplom və medal ilə təltif ediləcək, digərlərinə isə iştirak sertifikatı təqdim olunacaq