Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-22 18:00:00
DİM əməkdaşı insan resurslarının idarə olunması üzrə regional təlimdə çıxış edib

Şərq Tərəfdaşlığı Dövlət İdarəçilik Akademiyası Proqramı çərçivəsində “Şərq Tərəfdaşlığı ölkələrinin dövlət qulluğu sistemində insan resurslarının idarə edilməsinin gücləndirilməsi” adlı onlayn təlim keçirilib.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, tədbirdə ölkəmizi Dövlət İmtahan Mərkəzi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışan əməkdaşlar təmsil ediblər.

 

Təlimin əsas məqsədi dövlət qulluğunda insan resursları siyasəti üzrə Polşa təcrübəsini paylaşmaq və iştirakçıları COVID-19 pandemiyası dövründə dövlət qulluğuna aid tapşırıqların icra üsulları ilə tanış etmək olub.

 

DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn təlimdə “Dövlət qulluğunda tətbiq olunan islahatlar” mövzusunda təqdimatla çıxış edib. Təqdimat Azərbaycanda dövlət qulluğu strategiyası, dövlət qulluğuna qəbul, o cümlədən onlayn müsahibələr, “Dövlət qulluğunda səriştə modelinin tətbiqi” layihəsi, gələcək prioritet və planlar mövzularını əhatə edib.