Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-22 16:46:00
“SABAH.lab” Akselerasiya Mərkəzinin təqdimatları davam edir

Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutunun nəzdində yaradılmış “SABAH.lab” Akselerasiya Mərkəzinin təqdimatları davam edir.

 

Növbəti təqdimat Təhsil İnstitutu tərəfindən icra olunan “Kibertəhlükəsizlik” təlim layihəsinin bir qrup iştirakçısı üçün keçirilib.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, təqdimatda “SABAH.lab” Akselerasiya Mərkəzinin baş icraçı direktoru Rəhim Bayramlı, mərkəzin əməkdaşları Talifa İskəndərli və Orxan Abbasov iştirak ediblər.

 

Tədbirdə Rəhim Bayramlı proqramın mahiyyətindən danışıb. Bildirib ki, “SABAH.lab” yeni və innovativ startap akseleratordur. “SABAH.lab” çərçivəsində 6 aylıq intensiv inkişaf proqramı startapların qurulmasına və inkişafına xidmət göstərəcək. Bu xüsusi proqramın yaradılmasında “IE Business School” birbaşa iştirak edib. Həmçinin proqram və proqramın təklif etdiyi xarici mentorlar və xüsusi kurikulum haqqında məlumat verilib.