Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-22 15:41:00
Peşə və orta ixtisas təhsili müəssisələrinə qəbul oluna bilməyənl'rin DIQQƏTİNƏ

Peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbulu noyabrın 30-u saat 18:00-da yekunlaşacaq.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, qəbul prosesi şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az) üzərindən elektron qaydada aparılır və prosesə 10 noyabr 2021-ci il tarixindən start verilib.

 

Məsələ ilə bağlı əlavə məlumat almaq və texniki dəstək üçün valideynlər (qanuni nümayəndə) yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.