Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-22 13:41:00
Kənd məktəbində fərqli dərslər – Şagirdlər  3D modelləşdirmə və kodlaşdırmanı öyrənir -FOTO

 

Məlumdur ki, bir çox məktəbdə şagirdlərin veb dizayn, 3D modelləşdirmə, qrafik dizayn, kodlaşdırma üzrə bilik və bacarıqları olduqca azdır. Təbii ki, bunun səbəbkarı heç də şagirdlər deyil. Bunun əsas səbəbi mövcud şəraitin çətinlikləri, valideynlərin marağının az olması, müəllim və tədris proqramlarının çatışmazlığıdır. Nəzər almaq lazımdır ki, müasir dünyada qrafik dizayn, kodlaşdırma ən əhəmiyyətli sahələr içərisindədir. Və gün keçdikcə bu sahənin əhəmiyyətliliyi get-gedə daha da artır. Lakin bizim şagirdlərin bu sahələrdə geri qalması olduqca ciddi problemlərdən biridir. Bu həm də ökəmizin bu sahədəki kadr çatışmazlığına səbəb olan məsələdir.

 

 

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalibi olmuş “Kənd məktəbində 6,7,8-ci sinif şagirdlər üçün qrafik dizayn, 3D modelləşdirmə, veb dizayn və kodlaşdırma üzrə distant dərslər təşkili” layihəsinin əsas məqsədi Astara rayonu Ə.Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta məktəbinin 6, 7 və 8-ci sinif şagirdlərinin qrafik dizayn, 3D modelləşdirmə, veb dizayn və kodlaşdırma üzrə bilik və bacarıqlarını artırmaq, onların bu sahələr üzrə inkişafına nail olmaqdır.

 

 

Layihənin rəhbəri Elnur Quliyev bildirib ki, layihənin vəzifələri şagirdlərində qrafik dizayn üzrə bilik və bacarıqlar formalaşdırmaq, şagirdlərdə 3D modelləşdirmə üzrə bilik və bacarıqlar formalaşdırmaq, şagirdlərin qrafik dizayn, 3D modelləşdirmə, veb dizayn və kodlaşdırma üzrə müxtəlif müsabiqələrə qoşulmaları üçün istiqamətlər vermək və onları təşviq etməkdir. Şagirdlərin gələcəkdə kodlaşdırma və kompüter mühəndisliyi sahələrinə yönəlmələri üçün onlara istiqamətlər vermə, şagidlərdə sərbəst şəkildə elektron məhsullar yaratmaq üçün praktiki vərdişlər formalaşdırmaq da vəzifələrdəndir.

 

 

Layihənin 18 sentyabr 2021-ci il tarixindən  18 dekabr 2021-ci il tarixinədək icra ediləcək.

 

Ümumilikdə bu layihə çərçivəsində veb dizayn, qrafik dizayn, 3D modelləşdirmə, kodlaşdırma üzrə kənd məktəbimizdəki şagirdlərin bilik və bacarıqlarının formalaşmasında vacib və əhəmiyyətli işlərin görülməsi mümkün olacaqdır.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları