Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-22 12:36:00
UNEC ilə Qərbi Makedoniya Universiteti ERASMUS + mübadilə proqramına qəbul elan edir

Yunanıstanın Qərbi Makedoniya Universiteti (QMU) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında akademik/inzibati heyət üçün Erasmus+ mübadilə proqramına start verilib.

 

AzEdu.az xəbər verir ki, proqram haqqında ətraflı məlumat aşağıdakı kimidir:

 

Akademik/inzibati heyət üçün Erasmus+ proqramının əsas şərtləri:

 

Beynəlxalq mobillik 2019-2022: (QMU)

Azərbaycan Dövlət İqtisad Universiteti ilə Qərbi Makedoniya- Yunanıstan Universiteti arasındakı mobillik

 

Fəaliyyət

İstiqamət

İştirakçıların sayı

Mobillik müddəti

Tədris üçün kadrların mobilliyi

Azərbaycandan Kozaniyə/YunanıstanKastoriya

1

5 gün

Təlim üçün kadrların mobilliyi

Azərbaycandan Kozaniyə/Yunanıstan Kastoriya

1

5 gün

Akademik/inzibati heyət üçün Erasmus+ proqramının əsas şərtləri:

  • UNEC-in tam ştatlı akademik/inzibati işçisi olmaq;
  • İngilis dilini mükəmməl bilmək və təlim materiallarını praktiki olaraq tətbiq etmək bacarığı (inzibati heyət üzvlərindən beynəlxalq dil sertifikatı olan namizədlərə üstünlük veriləcək);
  • İngilis dilində səlis danışıq və dərs demək bacarığı (akademik heyət üçün beynəlxalq dil sertifikatı olan namizədlərə üstünlük veriləcək);
  • Mövzu üzrə praktiki biliklər (yalnız akademik heyət üçün)
  • Təcrübə/tədris müddəti - 5 gün (səyahət üçün 2 gün, cəmi 7 gün)

UNEC-in akademik/inzibati heyətinin səyahət və gündəlik xərcləri Erasmus+ proqramı tərəfindən qarşılanır. Proqrama müraciət etmək istəyən akademik heyət müvafiq kursun sillabusunu, niyyət məktubu və CV-lərini təqdim edə bilər. Eləcə də inzibati işçilər öz CV-lərini və niyyət məktublarını aşağıda qeyd olunan e-mail ünvanına təqdim edə bilərlər. Bütün sənədlər ingilis dilində təqdim edilməlidir. Qeyd edək ki, proqram çərçivəsində akademik heyət tədris fəaliyyətinə, inzibati heyət isə təlim fəaliyyətlərinə cəlb olunacaq.

Tələb olunan sənədlər:

  1. Kursun sillabusu (yalnız akademik heyət üzvləri üçün (ingilis dilində));
  2. Niyyət məktubu (ingilis dilində);
  3. CV (ingilis dilində);
  4. Xarici pasport.

Müraciət üçün son tarix: 30 noyabr 2021-ci il

Sənədlər aşağıdakı ardıcıllıqla “pdf” formatında [email protected] elektron poçt ünvanına təqdim edilməlidir.

QEYD:

  • Müsahibəyə yalnız seçilmiş akademik/inzibati heyət dəvət olunacaq;
  • Mübadilə proqramı COVID-19 pandemiyasına bağlı məhdudiyyətlərdən asılı olaraq, təxirə salına və ya ləğv edilə bilər.