Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-22 11:36:00
Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibədə 16 nəfər uğur qazanıb

On iki dövlət orqanında 30 vakant vəzifə üzrə noyabrın 1-dən başlanan daxili müsahibə davam edir.

 

AzEdu.az xəbər verir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilib. Müsahibədə iştirak etmək üçün 66 nəfərin müraciəti qeydə alınıb. Bu gün saat 11:30-dək olan məlumata görə, müsahibədə 16 nəfər uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Daxili müsahibə noyabrın 29-dək davam edəcək.