Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-21 14:47:00
“Müəllimin cəbhə gündəliyi” – Zabit-pedaqoqun danışdığı təsirli müharibə gerçəkləri - MÜSAHİBƏ-FOTOLAR

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEduAz Təhsil Portalının I Qarabağ və Vətən müharibələri iştirakçısı olan müəllimlərin döyüş yolundan bəhs edən “Müəllimin cəbhə gündəliyi” layihəsi.

 

Layihə çərçivəsində I Qarabağ və Vətən müharibələrində iştirak edən müəllimlər keçdikləri döyüş yolu, həmçinin məktəb həyatı və şagirdlərlə münasibətləri barədə danışacaqlar.

 

Layihənin budəfəki müsahibi Bakı şəhər 264 nömrəli tam orta məktəbin Gənclərin çağırışaqədərki hazırlığı müəllimi Dadaş Səfərovdur.

 

DOSYE:

 

O, 1975-ci il Nefçala rayonunda anadan olub. 1993-cü ildə öz istəyi ilə Heydər Əliyev adına Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə  qəbul olub. 1997-ci ilə qədər burada təhsil alıb. 3 il desant, 1 il isə motoatıcı ixtisasına yiyələnib.1997-ci ildə leytenant hərbi rütbəsi alaraq Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə taqım komandiri vəzifəsinə başlayıb. 2013-cü il iyun ayına kimi  ön xətt hərbi hissələrində- Tovuz, Qazax, Göygöl (Toğana kəndi)  və Goranboy (Gülüstan yaylağı)  rayonlarında xidmət edib. 1998-ci ilə kimi taqım komandiri,  həmin ildən 2000-ci ilə qədərbölük komandiri, 2000-2003-cü illərdə Tovuz rayonunda  taborun qərargah rəisi  olub. 2003-cü ildən Göygöl rayonunda N saylı hərbi hissədə  tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində, 2005-ci ildə isə Tovuz rayonunda yerləşən N saylı rbi hissədə tabor komandiri  vəzifəsində xidmət edib. 2013-cü ilə qədər  bu vəzifələrdə çalışıb və  həmin ilin iyunun 10-dan Heydər Əliyev adına Ali Hərbi Məktəbin Taktika kafedrasında müəllim və baş  müəllim vəzifələrində xidmətə başlayıb. Hərbi xidmətin 14 il 8 ayı  ön xətt hərbi hissələrində  səngərdə mənfur düşmənlə üzbəüz mövqelərdə keçib. 2018-ci il yanvar ayından etibarən  ordu sıralarından öz istəyi ilərxis olunub.

 

 

Ordu və xalq birliyi...Qarabağa aparan yol

 

-30 il əvvəl işğal edilən əraziləri  44 gün ərzində düşməndən təmizlədik. Həmin yerlərin azad edilməsinin əsas səbəbi ordu və xalq birliyi idi. Ehtiyatda olduğum üçün çağırış əsasında müharibədə yalnız 3 gün iştirak edə bildim. Savaş başlayan zamandan   oraya qatılmaq arzusu ilə yaşayırdım. İlk olaraq məni komissarlıqda qeydiyyata aldılar. Təyin olunan rayonda olmaq şərtilə müəyyən müddət gözlədim. Oktyabrın 15-də çağırış oldu və bizə yenə də gözlə komandası verildi.Noyabrın 5-də yenidən çağırış olundu və  ayın 6-sı Ağcabədi rayon Taxtakörpü kəndinə gətirildim. Oradan da Xocavənd istiqamətində fəaliyyətimiz başladı.

 

Müharibənin 41-ci günündə gələn qocaman döyüşçü

 

-Hərbçilərə zarafatla deyirdim ki, qocaman döyüşçü gəlib və ermənilər buna tab gətirməyərək qaçacaq. Mən müharibədəkigünlük fəaliyyətimə Xocavənd istiqamətində mexanikləşdirilmiş taborun komandiri kimi başladım. Füzuli rayonunun Kürdmahmudlu kəndindən Xocavənd rayonu istiqamətinə yollandıqda  orada yandırılan texnikaları məhv edilmiş erməni əsgərlərinin cəsədlərini görəndə  Azərbaycan əsgəri və xalqının nəyə qadir olduğuna bir daha əmin oldum. Tabora daxil olan şəxslərlə söhbət etdikdə və onlardan ərazi, mçinin, texnika haqqında məlumat aldıqda  gözlərində olan müharibə yorğunluğunu, qisas almaq ehtirasının fərqinə vardıqda  bir az çəkindim. Çünki burada 400-500 nəfərdən çox əsgər, əlavə atəş vasitələri, zirehli bölmələr var idi.

 

Gecə gələn Zəfər xəbəri

 

-Əsgərlərin bəziləri akəşkəs elan olunduğunu eşitdiyi anağlamağa başladı. Onlar sevindiyi üçün göz yaşı tökmürdü,  qisas hisslərinin yarıda qaldığını düşünürdülər.

 

Noyabrın 9-dan 10-na keçən gecə hədəflərimizi müəyyən etmişdik. Bizi səhər nə gözlədiyini bilmirdik. Düşünürdük ki, aramızda kimlər qalacaq, kimlər gedəcək.

 

Ayın 9-dan 10-na keçən gecə saat birə qalmışni yuxu aparmışdı. Evdən oğlum zəng edib, xəbərim olmayıb. Ayılanda zəngi görüb oğlumla əlaqə saxladım. Dedi ki, ata, müharibə bitdi, erməni təslim oldu və müqavilə bağlan. Söylədi ki, Bakıda hamı şəhərdədi. Telefonla danışa-danışa eyvana çıxdımən insanların sevinc səslərini eşitdim. Saat 1-də artıq güllə, nə də mərmi səsləri eşidildi. Sonra komandirlərdən əmr gəldi ki,güllə atılmasın, silah istifadə olunmasın, müşahidə gücləndirilsin və düşmən tərəfindən təxribat olarsa, dərhal bizə məlumat verilsin.

 

Dünyanın inanmadığı 44 günlük dərs

 

-Düşmən öz mövqeyinə çəkilərək silah–sursatını atıb qaçırdı. Bir çox ölkələrin hərbi mərkəzləri araşdırmalar aparır və hələ də qəbul edə bilmirdir ki, 44 gün ərzində belə əraziləri necə azad etmək olar".

 

Bitmiş müharibə... şəhərin pulsuz taksiləri...

 

-Müharibə bitdikdən sonra e qayıdarkən hansı taksiyə minirdimsə, heç kim məndən pul almırdı. Xalqın birliyini sözlə ifadə etmək mümkün deyildi. Hərbçilərə göndərilən yemək sovqatı, hətta bir alma belə onlara ruh yüksəkliyi verir və döyüş əzmini artırırdı. Əsgər bilirdi ki, o, minlərlə insanın arzusunu yerinə yetirmək üçün burdadır. Bu, böyük dəstək idi. Bizə ölkənin hər tərəfindən müxtəlif sovqatlarlirdi. Bizi qələbəyə aparan da məhz xalqın ruh yüksəkliyi idi.

 

 Dadaş müəllim şagirdlər üçün müəllim olmaqla yanaşı, həm də Zəfər tarixinin canlı şahidi idi. Onun dilindən həmin anları eşitmək bütün tələbə və şagirdlərinə maraqlı idi

 

-Məktəbdə şagirdlər mənə  müxtəlif suallar verirlər. Hətta bəzən mövzudan yayınaraq döyüş səhnələrini onlara danışmağa başlayıram. Bir də baxırıq ki, dərs saatı sona çatıb. Müharibəyə şahidlik etmiş şəxs kimi o səhnələri şagirdlərə danışanda yeniyetmələr daha çox qürurlanırlar.

 

Məsələnin maraqlı tərəfi odur ki, qızlarımız hərbi sahə ilə daha çox maraqlanırlar.  Onlar silahların sökülüb-yığılmasına daha çox həvəs göstərirlər. Hətta daha çox snayperçilər haqqında maraqlanırlar. Mənə müharibədə iştirak edən snayperçi qadınlar haqqında suallar verirlər. Bu marağın özü xanımlarımızın vətənpərvər olmasından irəli gəlir.

 

Cəbhəyə gələn məktublar, xalq ruhunun səngərdəki döyüşü

 

-Bizə müxtəlif yerlərdən corab, qış papağı gəlirdi. Onları açıb içərisindən məktublar tapırdıq. Həmin yazılarda sevinc göz yaşları hiss olunurdu. Bu da əsgərlərimizi qələbəyə ruhlandırır, həm də döyüş əzmini gücləndirirdi. Mənim də rastıma elə məktublardan çıxan olub. Həmin məktubu 5-ci sinif şagirdi göndərmişdi. Orada  yazılmışdı ki, ktubu kim açsa,  bu, onun üçün əsgər bacısından hədiyyə olacaq. Digər bir zabitimizə gələn corabda yazılmışdı ki, həmin uşaq bu corabı öz yığdığı pul ilə alıb. Bütün bunlar əsgərlərin döyüş ruhunu yüksəldir və hər kəs düşünürdü ki, mən göstərilən bu etimadı mütləq doğrultmalıyam. Bizim üçün kiçik bir corabın və ya hanısa əşyanın dəyəri sonsuz idi.

 

Düşmən namərdliyi, ayaqqabısını atıb qaçan ermənilər

 

-Unuda bilmədiyim hadisələr çox idi. Baxmayaraq ki, 3 gün müharibədə oldum, lakin bir çox hadisələri yaddaşımdan silə bilmədim. Ən çox da yaralı olan əsgərlər gözümün qarşısından getmir. Düşmənə elə cavab vermişdik ki, o, hətta ayaqqabısını da qoyub qaçırdı. Lakin gözümün önünə mərmi düşəndə qəlpə ilə yaralanan əsgərlər gəlir. Onların gözlərinə baxanda ölmək istəmirəm sözləri oxunurdu, yaşamaq üçün səndən kömək istəyirdilər. Onlar elə oğullar idi ki, yenidən qalxıb döyüşmək üçün ölmək istəmirdilər".

 

Ocaq başında keçən müharibə gecələri... Qorxulu və bir o qədər də maraqlı

 

-Biz axşamlar ocağın başına yığışırdıq. Gənc döyüşçülərin gözünə baxdıqda müharibənin nə demək olduğunu anlamaq olar. Bəlkə də onlar üçün səhər açılmayacaqdı. Müharibə elə bir şeydir ki, əsgər yeni günün olacağına əmin deyil. Hərbçilər arasında sonuncu səhərini gözləyənlər var idi. Çünki heç kim 1 saniyədən sonra nə olacağını bilmirdi.min xatirələri bir dahyaşamaq istəmirəm. Bəzən ani olaraq o gecələrə qayıdıram.

 

41 gün üçün çəkilən nisgil

 

-Demək, qismətimə 3 gün də olsa müharibədə iştirak etmək yazılıbmış və mən bu hissləri yaşadım. Bir tərəfdən isə heyfislənirəm ki, məni niyə 27 sentyabrdan çağırmadılar.


H
azırda müharibədə iştirak etdiyim döyüş yoldaşlarım və xidmətdə olanlarla mütəmadi əlaqə saxlayıram. Müşahidə edirəm ki, hələ də onların düşmənə veriləsi sualları qalıb. Fikirləşirəm ki, 14 il 8 ay xidmət etdiyim barıt qoxulu səngər həyatının 3 n də olsa, real vəziyyətini yaşadım.

 

Acı həqiqətlər, müharibənin yaraları və sönən ümidlər

 

-Biz müharibədən sonra Cəbrayıl rayonun Daşkəsən kəndində cəmləşdik. Dekabr ayının 28-nə kimi burada qaldıq. 8 noyabrdan o günə kimi döyüş yoldaşlarımla ünsiyyətdə olurdum. Ən dəhşətlisi o idi ki, itkinlərimiz çox idi. Mən tabora gəldikdə 37 nəfər itkin idi. Yəni onlar döyüşlərin gedişi zamanı  mərmi düşməsi, bina uçması nəticəsində həlak olublar. Onların meyidi tapılmamışdı. Yaralı əsgərlər qayıdaraq onların yerini bizə deyirdi. 400-500 əsgər və zabit ən əziz adamı kimi onları axtarmağa gedirdilər”.

 

Yazılan və yazılmayan qanunlar, kim hansına əməl edirdi?

 

-Müharibənin yazılan və yazılmayan qanunları var. Bizim ordumuz yazılan qanunlara üstünlük verirdi. Qarşı tərəf isə yazılmayan qanunlarla müharibə aparırdı. Biz isə düşmən belə olsa, onlarla ədalətli şəkildə davranırdıq. Elə olub ki, erməni nəşi ortada qalıb, onu götürən olmayıb və ətrafa qoxu yayılıb. Biz isə bir yaralı və şəhidimizin ortalıqda qalmasına imkan verməmişik.Həkimimiz 150-yə yaxın yaralını təkbaşına döyüş sahəsindən çıxarıb. Müharibənin belə təsirli məqamları olur. Lakin bu, müharibədir və orada hər şey olur. Torpağa su qarışanda palçıq, qan qarışanda isə vətən olur. Şəhidlərimiz və qazilərimiz bizim tapdalanmış qürurumuzu azad etdi.

 

Sevincin gətirdiyi ehtiyatsızlıq və düşmənin xain planı

 

-Biz Cəbrayıl rayonunun Daşkəsən kəndində olarkən əsgərlər odun gətirmək üçün yollanmışdılar. Yolüstü evlərin birinə daxil olan 3 əsgərimiz orada gizlənən ermənilərin atəşinə tuş gələrək şəhid oldu. Ən ağırı odur ki, 44 gün odun, alovun içində savaşasan, amma  belə bir hadisəyə qurban gedəsən. Bu da əsgərlərimizin sevincehtiyatsızlığından qaynaqlanırdı.Düşmən isə öz hiyləgərliyindən qalmırdı.

 

Qoy Allah bizi qorusun!

 

-Bəzi əsgərlər var idi ki, yaraları sağalmamış yenidən döyüşə qayıdırdılar. Hərdən  qardaşım mənə zəng edib deyirdi ki, özünü qoru, mən də ona cavab verirdim ki, burada bizi yalnız Allah qoruya bilər.

 

Bəzi yoldaşlarımız 20 gündən çox ailələri ilə əlaqə saxlaya bilmirdi. Məsələn, gedib Laçının elə kəndinə çıxmışdılar ki, telefon əlaqəsi mümkün deyildi. Mənə evdən zəng vururdular ki, filankəsdən xəbərin varmı? Deyirdilər ki, evdən onu axtarırlar 17 gündən çoxdur ki, tapa bilmirlər. Sonra həmin şəxslə rastlaşdım, o da dedi ki, telefonla danışmaq üçün 15 kilometr dağlıq ərazini getməliyəm və bu da mənim həyatımı təhlükəyə atacaq.

 

Damarlarda axan qanımızı donduran xüsusi təyinatlı qüvvələr

 

-Bəzi yerlər var idi ki, ora nəyisə aparıb çatdırmaq real deyildi. Şuşada olmamışam, bəlkə tez getsəydim, ola bilərdim. Onun azad edilməsi ilə bağlı hekayələri eşitdikcə qanım donurdu.Deyərdim ki, müharibə qalib gəlməyimizin 50 faiz payı xüsusi təyinatlıların üzərinə düşür. Onlar çox fərqli bacarıqlara və qeyri-adi həyat tərzinə sahib idilər. Onlar bizim kimi insanlardı, amma yetişmələri üçün illər lazımdır".

 

Səngərdə, müharibədə keçən illər, ailədən uzaq düşən zamanlar və vətənin oğlu olan Dadaş müəllim

 

“Həyatımın 27 ilini hərbi sahəyə həsr etmişəm. Bütün gəncliyimi ömrümü bu vətənə bağlamışam. Həmin müddətdə ailəmdən və övladlarımdan uzaq düşmüşəm. 2 uşağım birinci sinfə gedərkən onları məktəbə apara bilmədim. Oğlum akademiyaya qəbul olunduqda dedi ki, ata, bəlkə sən aparasan bu dəfə, mən də sözünü yerə salmadım. Qardaş və bacılarımın heç birinin toyunda iştirak etməmişəm. Bu, tək mənə deyil, hərbçilərin hamısına aiddir. Evdə anam və atamdeyirdim ki, məni vətənə əmanət vermisiz, ona görə də mən onun övladıyam. O, mənə nə zaman desə ki, sənin xidmətin bitib, o vaxt sizin övladınız olacam.

 

Ötən ilin noyabrın 16-da nənəm rəhmətə getdi. Mənim üzərimdə onun əziyyəti çox olub, amma son nəfəsində yanında ola bilmədim. Ona görə hərbçi ailəsi olmaq çox çətindi. Hər qadın hərbçi ilə ailə qurmağa və bu çətinliklərə tab gətirməyi qəbul etmir. Mən xidmətim müddətində həftələrlə evə gedə bilməmişəm. Övladlarımı analarına əmanət edib vəzifəmi yerinə yetirmişəm.

 

Bəzi şagirdlərin gözündə müharibə PUBG oyununa bənzəyirdi

 

-Onlara deyirdim ki, erməni elə bilməsin ki, biz PUBG-ni elə-belə oynayırıq. Biz onu oynayıb döyüş taktikası yığırdıq.

 

Müharibədən sonra şagirdlər silahların sökülüb-yığılmasına önəm verirdilər. Onun hissələrinin öyrənilməsinə, atış məsafəsinə və digər nüanslara fikir yönəldirdilər. Şagirdlərə anladırdım ki, müharibə 2 qonşunun davasıdır, amma bu, əlbəyaxa baş vermir. Onlar müxtəlif suallar verirdilər: Əsgərlər özlərini necə aparır? Silahların hansından istifadə edirlər? Snayperlər var idimi? Bütün bunları mən onların anlaya biləcəyi bir şəkildə danışırdım. Çünki müharibənin elə səhnələri var ki, onlar haqqında danışmaq şagirdlərin psixologiyalarına pis təsir edə bilər. Şagirdlər minalar haqqında çox maraqlanırlar. Onlara deyirəm ki, düşmən özü həmin minaları istehsal edir, ona görə də nə qədər istəyir ətrafa yayır".

 

Atanın intiqamını almağa gedən döyüşçü oğul

 

-Mən oraya gedəndə taborun sayca üçüncü komandiri idim. Məndən əvvəl olan iki komandirdən biri yaralanmış, digəri isə gəldikdən 40 dəqiqə sonra şəhid olmuşdu. Tabora daxil olan döyüşçülər sırf 44 gün döyüşmüş və müharibənin hər üzünü görmüşdülər.

 

Taborumda döyüşən zabitlərdən biri olan Orxan Şirinovun atası I Qarabağ müharibsəində şəhid olmuşdu. Mən oraya getdikdə tabor komandirinin müavini idi. Gözlərində qisas var idi. Onu hədsiz dərəcədə çox istəyirdim. Həmçinin, taborda çox yaxşı və işinin peşəkarı olan şəxslər var idi. Onlar heç vaxt kimsəni darda qoyub qaçmazdılar. Əli Əsədov, Şaməddin Mehmanlının adlarını çəkə bilərəm. Elə artilerist və topçular var idi ki, onların sayı ordumuzda çox olmalıdır.

 

Onlar üçün ən gözəl şərait Qarabagın geri qayıtması idi, başqa heç nə...

 

-Onlar yeşiyin üzərində elə yatırdılar ki, sanki bu ən rahat taxtdır. Əsgərlərin bir çoxunun yanında mərmi patlamışdı, amma mən onları hospitala göndərə bilmirdim. Ümumi mənzərə göstərirdi ki, cəbhədəkilərin hamısı əsil vətənpərvər oğul kimi vəzifə və rütbəsindən asılı olmayaraq sadəcə vətənə xidmətə gəliblər.

 

Belə şeylər olmasaydı müharibənin stresindən də çıxmaq mümkünsüz olardı".

 

Müharibə bitdi, dostluq isə davam edir

 

-Müharibə bitdikdən sonra da əlaqələrimizi davam etdirməyə çalışırıq. Tez-tez görüşürük, telefon əlaqəsi yaradırıq". 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları