Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-03 14:00:00
Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə hər hansı bir bölgədə qabiliyyət imtahanı vermiş abituriyentlər digər bölgələrdə yerləşən kolleclərin də uyğun ixtisaslarını seçə bilərlər.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az xəbər verir ki, ümumi (9 illik) orta təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə hər hansı bir bölgədə qabiliyyət imtahanı vermiş və “məqbul” qiymət almış abituriyentlər digər bölgələrdə (Bakı və Sumqayıt şəhərləri istisna olmaqla) yerləşən kolleclərin də uyğun ixtisaslarını seçə bilərlər. Məsələn: Abituriyent Gəncə şəhərində təsviri incəsənət müəllimliyi ixtisası üzrə qabiliyyət imtahanı verib və “məqbul” qiymət alıbsa, ixtisas seçimi zamanı həmin abituriyent digər bölgələrdə yerləşən kolleclərin də təsviri incəsənət müəllimliyi ixtisasını seçə bilər.