Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-19 15:33:00
BMU-da keçirilən şahmat turniri başa çatıb  

Bakı Mühəndislik Universitetində (BMU) 8 Noyabr Zəfər Gününə həsr olunan tələbələrarası şahmat turniri başa çatıb.

 

AzEdu.az xəbər verir ki, BMU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və İdman şöbəsinin təşkilatçılığı ilə baş tutan turnirdə BMU-nun bütün fakültələrindən olan tələbələr iştirak edib. Turnirin final mərhələsi oğlan və qız tələbələr olmaqla 2 qrup üzrə keçirilib.

 

Final mərhələsində oğlanlar arasında I yerə Memarlq və inşaat fakültəsinin II kurs tələbəsi Murad Seyidzadə, II yerə eyniadlı fakültənin II kurs tələbəsi Elmir Məmmədov, III yerə isə Mühəndislik fakültəsinin I kurs tələbəsi Novruz Nəbiyev layiq görülüb.

 

Qızlar arasında I yerdə Memarlq və inşaat fakültəsinin II kurs tələbəsi  Aysel Əlizadə, II yerdə Pedaqoji fakültənin III kurs tələbəsi Nərmin Həsənzadə, III yerdə isə Pedaqoji fakültənin II kurs tələbəsi Aysun Hacıyeva qərarlaşıb.