Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-19 15:07:00
LDU-da maarifləndirici seminar keçirilib

Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrası ilə əlaqədar Lənkəran Dövlət Universitetində maarifləndirici tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə Təbiyyat fakültəsinin dekanı, dos.Ramiz Şəmmədov açıb və seminarın olduqca vacib bir mövzuya, dünyanı narahat edən qlobal problemlərdən birinə həsr olunduğunu bildirib.

 

“Kimya və biologiya müəllimliyi” ixtisasının IV tədris ili tələbəsı Nibəxanım Məlikli mövzu ilə bağlı məruzə edib.

 

Seminarda Təbiyyat fakültəsinin TEC-nin xətti ilə tələbələr bərk məişət tullantıları, onların çeşidlənməsi, səmərəli istifadə edilməsi, Lənkəranda bərk məişət tullantılarının idarə olunması barədə fikir mübadiləsi ediblər.