Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-19 10:26:00
"Uşaqlarımızın hüquqlarının qorunması, onların gələcək təhsili üçün əlverişli zəmin yaradır"-Emin Əmrullayev
Noyabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkil etdiyi Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilib 
 
 
AzEdu.az xəbər verir ki, bu haqda Təhsil naziri Emin Əmrullayev facebook səhifəsində yazıb
 
 
Forum çərçivəsində ölkəmizin bütün şəhər və rayonlarından fəallıqları, xüsusi bacarıqları ilə seçilən uşaqlar əhəmiyyətli mövzular ətrafında aparılan müzakirələrdə yaxından iştirak etdilər".
 
 
 
Nazir son olaraq bildirib  ki," uşaqlarımızın hüquqlarının və sağlamlığının qorunması, eləcə də onların gələcək təhsili üçün əlverişli zəmin yaradılması baxımından səylərimizi daha da artırmalıyıq. Qazanılan tarixi Zəfər uşaqlarımızın firavan yaşayışının təmin edilməsində çox əhəmiyyətlidir".