Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-19 09:48:00
LDU-da insan alveri və məişət zorakılığı mövzusunda maarifləndirici seminar keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın və 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın və icrası ilə bağlı olaraq 18 noyabr 2021-ci il tarixində Lənkəran Dövlət Universitetində(LDU) maarifləndirici seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, seminarda Təbiyyat fakültəsinin “Biologiya və ekologiya” kafedrasının müdiri, dos. Məmmədhüseyn Hüseynov “İnsan alveri və məşət zorakılığı, onların qarşınıın alınmasında cəmiyyətin və ailənin rolu” mövzusunda məruzə edib. Məruzədə ölkəmizdə bu sahədə görülən işlər, həllini gözləyən problemlər, ailə, cəmiyyət və təhsil müəssisələrinin üzərinə düşən vəzifələr barədə ətraflı söz açılıb.

 

Məruzə ətrafında keçirilən diskussiyada “Kimya və biologiya müəllimliyi” ixtisasının IV tədris ili tələbələri Jalə Fəttayeva və Şəfa Məmmədova çıxış edərək onları narahat edən məsələlər barədə iştirakçılarla fikir mübadiləsi ediblər.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.