Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-18 17:03:00
UNEC-də maarifləndirici tədbir: Bərk məişət tullantılarının idarə edilməsi

UNEC-in Maliyyə və mühasibat fakültəsində “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, fakültənin dekan müavini dosent Azər Qarayev ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması baxımından bərk məişət tullantılarının idarə edilməsinin zəruriliyindən, ölkəmizdə bu sahədə görülən işlərdən danışıb.

 

UNEC-in Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı kafedrasının dosenti İlqar Xəlilov “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda bərk məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması, tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsinin müasir standartlara uyğun şəkildə təşkili, bərk məişət tullantılarının təkrar dövriyyəyə cəlb edilməsi imkanlarından bəhs olunub.

 

Sonda tələbələrin sualları cavablandırılıb.