Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-03 11:50:00
Müəllimliyə namizədlərə şad xəbər! - Vakansiyalar yaxın saatlarda elan olunacaq!

Bu gündən müəllimlərin işə qəbulu üzrə vakansiyalar elan olunacaq.

Bu barədə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnsititundan AzEdu.az-a bildiriblər. Məlumatda qeyd olunur ki, vakansiya seçimi avqustun 8-nə qədər davam edəcək.

İşə qəbul üçün 7 mindən artıq vakansiya ayrılıb.  Vakansiyaların 90%-ə qədəri Azərbaycan, 10%-i Rus bölməsi üzrədir. Onların 60%-i həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi yerlər, 40% isə tətbiq edilmədiyi yerlər üzrə nəzərdə tutulub.

Vakansiya seçimində keçid balını toplayan, ötən ilin nəticələri əsasında müsabiqədə iştirak etmək istəyən və 10 ildən artıq fasiləsiz pedaqoji fəaliyətlə məşğul olan namizədlər iştirak edə bilərlər.

Qeyd edək ki, müsahibə mərhələsi avqustun 13-də start götürəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları