Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-17 12:12:00
UNEC-də yeni vakansiya: rəqəmsal marketinq üzrə mütəxəssis

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentində rəqəmsal marketinq üzrə mütəxəssis vəzifəsinə vakansiya elan olunur.

 

Əsas öhdəliklər:

 

  1. Facebook Ads, Instagram Ads, Google Search Ads, Google Display Ads və digər platformalar üzərindən reklamların idarə olunması;
  2. Rəqəmsal marketinq strategiyalarının hazırlanması;
  3. Sosial media marketinq və kontent marketinq üzrə layihələrin həyata keçirilməsi və idarə olunması;
  4. SEO və SEM layihələrinin təşkili və koordinasiyası;
  5. Rəqəmsal marketinq kampaniyalarının fəaliyyətinin təhlili, hesabatların hazırlanması və hədəflərə əsasən onların qiymətləndirilməsi (ROI və KPI);
  6. UNEC-in rəsmi internet saytının bəynəlxalq əlaqələr səhifəsinin inkişaf etdirilməsi, yenilənməsi və tənzimlənməsi. CMS və digər alətlərdən istifadə edərək səhifəyə ümumi nəzarətin təşkili.

Əsas şərtlər:

 

  1. Rəqəmsal marketinq sahəsində ən azı 1 il iş təcrübəsi;
  2. Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazmaq (əlavə xarici dil biliklərinə sahib namizədlərə üstünlük verilir).

Müraciət üçün namizədlərin CV-lərinin 22 noyabr 2021-ci il tarixinə kimi

[email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.