Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-17 11:48:00
SABAH Magistratura qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə elan edilib  

Təhsil Nazirliyinin SABAH Magistratura “Kiber təhlükəsizlik” ixtisası qruplarında 2021/2022-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan edilib.

 

AzEdu.az xəbər verir ki, müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqojiyanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

 

Müvafiq fənlər üzrə vakant yerlərin siyahısı aşağıda qeyd edilib. Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə yalnız bir fənn üçün müraciət edə bilər.

 

KT-505      Təhlükəsizliyin qiymətləndirilməsi və nüfuzetmə testi   

KT-506      Şəbəkə və veb təhlükəsizliyi   

KT-507      Təhlükəsiz kodlaşdırma və proqram təhlükəsizliyi         

*KT-510     Zərərli proqram təhlili və aşkarlanması

*KT-511     Məxfilik qoruyan məlumat idarəetməsi

Qeyd: * -Seçməli fənn

 

Namizədlər CV-lərini 1 dekabr 2021-ci il tarixinə qədər [email protected] ünvanına mövzu başlığını “Fənnin adı” yazaraq göndərməlidirlər.