Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-16 17:16:00
 Kəskin hava səbəbindən məktəblər bağlana bilər? – “Belə təcrübə var”

 

 

“Bir çoxları dərsdə geriliyin aradan qaldırılmasının çıxış yolunu repetitor hazırlığında görür”.

 

Bu sözləri AzEdu-az-a açıqlamasında  təhsil eksperti Nadir İsrafilov deyib.

 

O, yaranan kəskin hava şəraiti ilə əlaqədar dərslərdə davamiyyətin azalmasına münasibət bildirib.

 

“Məlumdur ki, payız-qış mövsümünə keçid ölkəmizdə noyabrın 15-dən hesablanır. Havaların soyuq və yağmurlu keçməsi ilə əlaqədar məktəblərə vaxtından əvvəl istiliyin verilməsi  gündəmin əsas məsələlərindən biridir. Bu, uşaqların mövsümi xəstəliklərə tutulması və dərsə davamiyyətinə təsirsiz ötüşmür. Pandemiya dövründə isə bu hal  ciddi fəsadlara yol aça bilər.

 

Problemin həllində əsas maneə ondan ibarətdir ki, heç də bütün ümumtəhsil müəssisələrində istiliyinin təmin olunması eyni idarə və ya təşkilatın səlahiyyətində deyil.

 

Respublikada olan məktəblərdən bir çoxu istiliyi başqa mənbələrdən alır. Bəzi məktəblərin fərdi qazanxanası var. Bir neçə məktəb həm fərdi qazanxana, həm də mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib”.

 

Nadir İsrafilov problemin həlli üçün bir sıra yollar təklif edir:

 

“Göründüyü kimi, ölkəmizin iqlim şəraitinə uyğun olaraq qış mövsümünün 15 noyabrdan başlaması ümumtəhsil məktəblərində bir çox problemlər yaradır. Oktyabrın əvvəllərindən etibarən havalar soyuyur, temperatur kəskin aşağı düşür. Bu vəziyyət mart ayının 15-nə qədər davam edir. Bu baxımdan qış mövsümünün ümumtəhsil məktəblərində tətbiqi oktyabrın 15-dən başlanmalı, martın 15-nə qədər davam etməlidir. Çünki, martın 16-da yaz tətili başlayır bundan sonra isə martın son günlərində əsasən havaların isinməsi ilə əlaqədar istilik sisteminə elə də ehtiyac qalmır.

 

Dərsə davamiyyəti təkcə istiliklə əlaqələndirməyin özü də düzgün mövqe sayıla bilməz. Buna səbəb kimi obyektiv və subyektiv amillər də nəzərə alınmalıdır. Bir çox valideynlər övladlarının xəstələnəcəyini əsasas gətirərək məktəbə göndərməkdən ehtiyat edirlər. Digərləri isə dərsdə geriliyi aradan qaldırmağın çıxış yolunu repetitor hazırlığında görürlər. Bu isə koronavirusa yoluxanların sayını artırır.

 

Dünya təcrübəsində soyuqların düşməsi, hətta havanın çirklənməsi ilə əlaqədar da məktəblərin bağlanması halları var. Bizdə də bu kimi vəziyyətlər olub. Məktəblər bir müddətə bütövlüklə bağlanıb. Halbuki, məsələyə lokal yanaşma tətbiq oluna bilərdi. Buna görə də, dünyanın bir çox ölkələrində bu kimi məsələlərin tənzimlənməsi mərkəzləşdirilmiş şəkildə deyil, yerli idarəetmə orqanlarının səlahiyyətindədir. Ümid edək ki, bizdə iş o dərəcəyə çatmayacaq”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları