Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-15 10:25:00
Təhsil işçilərinin 3-cü doza sınağı, güclü külək-Ötən həftəyə baxış

 

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 8-14 noyabr tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Şagirdlərin yerdəyişməsinə başlanılıb:

 

Azərbaycanda şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən başlanılıb.

 

Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

 

Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 102 milyon manata çatacaq:

 

Gələn il Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 22 milyon manat və yaxud 27,5% artırılaraq 80 milyon manatdan 102 milyon manata çatdırılacaq.

 

Güclü külək məktəblərə zərər vurub:

 

Güclü küləyin məktəblərə vurduğu zərərin aradan qaldırılması ilə bağlı müvafiq işlər həyata keçirilir.

 

Təhsil işçilərinə koronavirus əleyhinə üçüncü doza (buster) vaksinin vurulmasına başlanılıb:

 

Hazırda buster doza vurduran təhsil işçilərinin dəqiq sayı olmasa da, onlar bu prosesdə fəal iştirak edirlər.

 

Bakı Avropa Liseyi koronavirusa görə bağlanıb:

 

Bakı Avropa Liseyinin 5 müəllim və 16 şagirdində COVID-19 testinin nəticəsi pozitiv olub.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Məktəb Lisey Kompleksinin fəaliyyəti də distant təhsil formasında davam etdiriləcək. Qeyd olunub ki, Məktəb Lisey Kompleksinin 12 şagirdi və 3 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub. Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Məktəb Lisey Kompleksində əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

 

 

 

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları