Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-02 17:50:35
“Vakansiyaya düşüb imtina edən namizəd növbəti yerləşdirmədə iştirak edə bilməz” – Təhsil Nazirliyi

MİQ imtahanlarında ən yüksək davamiyyəti riyaziyyat və fiziki tərbiyə müəllimləri göstərib”.

AzEdu.az xəbər verir ki, bu sözləri “Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə Təhsil Tv-də yayımlanan “Həftənin sualı” verilişində deyib. Onun sözlərinə görə, ən yüksək bal toplayanlar isə riyaziyat, tarix və coğrafiya müəllimləridir:

“Keçid balı musiqi, təsviri incəsənət, fiziki tərbiyə üzrə həvəsləndirmə tədbirləri tədbiq edilən müəssisələri üçün 36, edilməyən müəssisələrdə 42 baldır. Digər fənlər (Azərbaycan və rus bölmələri) üzrə isə həvəsləndirmə tədbiri tətbiq edilən ümumi təhsil müəssisələri üçün 36, tətbiq edilməyən ümumi təhsil müəssisələri üçün isə 48 baldır.

Vakansiya seçimi avqustun 8-nə qədər davam edəcək. 7 mindən artıq vakansiya ayrılıb.  Vakansiyaların 90%-ə qədəri Azərbaycan, 10%-i Rus bölməsi üzrədir. Onların 60%-i həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi yerlər, 40% isə tətbiq edilmədiyi yerlər üzrə nəzərdə tutulub.

Vakansiya seçimində keçid balını toplayan, ötən ilin nəticələri əsasında müsabiqədə iştirak etmək istəyən və 10 ildən artıq fasiləsiz pedaqoji fəaliyətlə məşğul olan namizədlər iştirak edə bilərlər”.

Murad Camalzadə vakansiya mərhələsində tələb olunan sənədlər barədə də məlumat verib:

“Diplomu pedaqoji istiqamətdə olan  namizədlər üçün sistemə diplom əlavəsinin daxil edilməsinə ehtiyac yoxdur.  Vakansiya seçimi edərkən diplom yüklənməli, vakansiya seçilməli və sonda mütləq təsdiqlənməlidir. Sistemə diplomun yüklənməsi yenilikdir. Namizədlər əvvəlki illərdə diplomlarını, yalnız müsahibə mərhələsində gətirirdilər. Bu da bir sıra problemlərə yol açırdı. Diplomları pedaqoji istiqamətdə olmayan şəxs müsahibə mərhələsinə gəlirdi. Beləliklə, həmin şəxs  vaxt və fiziki güc itirirdi, biz isə isə vakant yer. İndiki məqamda diplomların yüklənməsi əsas mərhələdir. Namizədlər seçim edərkən maksimum diqqətli olmalı, seçdikləri məktəbin hansı ünvanda yerləşdiyini yaxından öyrənməlidirlər. Bəzən şəxs müsahibəyə gəlir, vakant yerə qəbul olunur. Ancaq düşdüyü məktəbin ünvanını öyrəndikdən sonra imtina edir. Belə olan halda həmin məktəbdə çalışmaq istəyən namizədin haqqına girmiş olur, eyni zamanda biz yenə vakansiya itiririk.

Müsahibə mərhələsi avqustun 13-də başlayacaq. Nə qədər davam edəcəyini demək isə çətindir.

Namizədlərdən xahiş edirik ki, düşdükləri vakansiyadan imtina etmək istədikdə avqustun 28-dək İnsan Resursları Mərkəzində imtina ərizəsi yazsınlar. Vakansiyaya düşüb imtina edən şəxslər növbəti yerləşdirmədə iştirak edə bilməyəcək.

Müsahibə mərhələsində iştirakla bağlı heç bir məhdudiyyət yoxdur. Hazırda işləyən şəxslər də bu mərhələdə iştirak edə bilərlər.

Avqustunun sonlarına keçid balını toplayan və  müddətli müqavilə əsasında çalışmaqistəyən şəxslər  yenidən vakansiya seçimi edə bilərlər.  Dərs ili başlayana qədər belə vakansiyalar aparılacaq. Bu mərhələdə keçid ballarının bir qədər aşağı salınması istisna edilmir”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları