Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-13 13:22:00
Rus dilini asan şəkildə öyrənmək üçün pulsuz video kanallar – Çox faydalı

 

 

 

Dövrümüzün ən böyük tələblərindən biri də çoxlu dillər bilməkdir. Dil bacarığınızı maraqlı videolar izləyərək  inkişaf etdirmək üçün youtube kanalları əvəzsiz rol oynayır.

 

 

 

AzEdu.az  rus dili öyrənmək üçün  faydalı olacaq youtube kanallarını sizə təqdim edir

 

 

1.Learn Russian Language    

 

WikiTranslate tərəfindən hazırlanan “Rus dilini öyrənin” kanalı yüzlərlə təlim videosu doludur. Videolar  bütün səviyyələr nəzərə alınaraq hazırlanır.  Həmçinin bu kanalda  rus əlifbası və vurğusu haqqında faydalı məlumatlar əldə edə bilərsiniz    

 

https://www.youtube.com/channel/UCItXXSbi2TcA9B1fn9LO6wA

 

1.R for Russian

 

 

Mahnıya qulaq asaraq öyrənmək çox gözəl  təklifdir..Bu kanal rus dilini daha yaxşı  mənimsəmək istəyənlər üçün nəzərdə tutulub    

https://www.youtube.com/c/RforRussian

 

 

2.Weekly Russian

 

 

Weekly Russian kanalı vaxtı 10 dəqiqədən az olan  videolarda rus dili  ilə bağlı məlumatları təqdim edir. Başlanğıc səviyyəsindən başlayaraq, addım-addım bütün səviyyələr keçirilir . Kanal  öyrətmə metodları ilə  youtube-də  xeyli izləyiciyə sahibdir.

 

 

https://www.youtube.com/c/weeklyrussian

 

3.Real Russia

 

 

Əyləncəli formada rus dili öyrənmək üçün əvəzolunmaz Youtube kanalıdır. Rus mədəniyyətini göstərərək bu dili əyləncəli şəkildə öyrənməyə kömək olur. Kanal eyni zamanda da motivasiya edici videolar paylaşır. 

 

https://www.youtube.com/channel/UCUkt0wzOLfgmPoLAAwkbHYQ

 

4.Russian for Free

 

 

Bu kanal  rus dilini öyrənmək istəyənlər üçün əla YouTube kanalıdır. Adətən səyahət mövzulu videoların yer aldığı kanalı Rusiyaya getməzdən əvvəl mütləq izləməlisiniz. Videolarında ən  çox istifadə olunan ifadələri, əsas sözləri asanlıqla öyrənə bilərsiniz.

https://youtu.be/o-fQG8_T4-Q