Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-11 17:26:00
BMU dosentinin elmi işi müsabiqədə II yerə layiq görülüb  

Bakı Mühəndislik Universitetinin (BMU) Dünya iqtisadiyyatı kafedrasının müdiri, dosent Şəhriyar Muxtarovun həmmüəllifi olduğu “Do High Oil Prices Obstruct the Transition to Renewable Energy Consumption?” adlı elmi iş “Elmdə Zəfər mükafatı – 2021” müsabiqəsində 2-ci yerə layiq görülüb.

 

AzEdu.az xəbər verir ki, müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən Zəfər Günü və Dünya Elm Günü ilə əlaqədar təşkil olunub.

 

Müsabiqəyə 2021-ci ilin oktyabr ayında start verilib. Müsabiqəyə daxil olan elmi işlərin ekspertizası oktyabrın 12-dən noyabrın 5-dək davam edib. Ekspertlər daxil olan işlərinin yüksək elmi səviyyəsini qeyd ediblər.

 

Məlumat üçün bildirək ki, “Do High Oil Prices Obstruct the Transition to Renewable Energy Consumption?” məqaləsində Azərbaycan nümunəsində neft qiymətləri, iqtisadi artım və karbon dioksidinin (CO2) emissiyyasının bərpa olunan enerji istehlakı üzərində təsirləri statistik məlumatlardan istifadə edilərək STSM metodu vasitəsi ilə analiz edilib. Məqalənin tam mətnini https://www.mdpi.com/2071-1050/12/11/4689 linki vasitəsilə oxumaq mümkündür.