Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-11 17:16:00
Peyvənd olunanların sayı açıqlanıb  

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42 265 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 988, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 981, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 24 296 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 983 606, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 007 657, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 454 456, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 521 493 təşkil edir.