Dövlət İmtahan Mərkəzi (DİM) informatika fənni üzrə mütəxəssislərlə əməkdaşlığa başlayır.
Qurumdan bildirilib ki, əməkdaşlıq çərçivəsində yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərdən aşağıdakı funksiyaları yerinə yetirmək tələb olunur:
İnformatika fənni üzrə yoxlama-ölçmə materiallarının hazırlanması və ekspertizası üzrə tələb olunan işləri həyata keçirmək;
İxtisas tələbləri və digər şərtlər:
- İnformatika müəllimliyi;
- Riyaziyyat və informatika müəllimliyi;
Müvafiq tələblərə cavab verən və ekspertizadan keçirilərək test bankına daxil edilən hər bir test tapşırığına görə müəlliflərə və ekspertlərə müqavilə əsasında mövcud tariflərə əsasən, əməkhaqqı ödəniləcək.
Maraqlanan şəxslərdən CV formasını buradan yükləyib tam şəkildə dolduraraq 2021-ci il noyabr ayının 20-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “İnformatika” yazaraq göndərmələri xahiş olunur.