Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Zəfər Günü: işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişaf tarixinin yeni başlanğıcı” mövzusunda elmi konfrans keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda fakültənin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

 

Universitetdən AzEdu.az-a bildiriblər ki, konfransda çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov, fakültə dekanı, dosent Nüşabə Qədimli Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, tələbələrin elmi fəaliyyətə cəlb olunmasının önəmindən və konfransın mövzusunun aktuallığından danışıblar.

 

Sonra, proqrama uyğun olaraq tələbələrin məruzələri dinlənilib.

 

MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.

 

Tələbə və müəllim heyəti tərəfindən maraqla dinlənilən məruzələr ətrafında geniş müzakirələr aparılıb və suallar cavablandırılıb.

 

Qeyd edək ki, MDU-da tələbələrin elmi potensialının üzə çıxarılması və onların tədqiqat bacarıqlarının inkşaf etdirilməsi diqqət mərkəzində saxlanılır və bu məqsədlə onların universitetdə keçirilən müxtəlif formatlı elmi tədbirlərə aktiv cəlb olunmasına xüsusi önəm verilir.