Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-09 12:58:00
Şahin Bayramov: Azərbaycan əsgəri qəhrəmanlıq salnaməsi yazaraq 30 illik yurd həsrətinə son qoydu

Doğma Şuşanın işğaldan azad olunmasından və tarixi Zəfərin qazanılmasından bir il ötür. Ötən il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli siyasəti və yenilməz Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində möhtəşəm qalibiyyətin əldə edilməsi ilə nəticələndi.

 

AzEdu.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov bildirib.

 

Şahin Bayramov qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə igid Azərbaycan əsgəri və zabitləri böyük şücaət göstərərək qəhrəmanlıq salnaməsi yazdılar, canları və qanları bahasına otuz illik yurd həsrətinə son qoydular.

 

“Azərbaycan xalqı “Dəmir yumruq” kimi öz Liderinin ətrafında birləşərək beynəlxalq təşkilatların qərar və qətnamələrini icra etdi, erməni işğalçılarını əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti və milli qürurunu bərpa etdi”, - deyə rektor vurğulayıb ki, Vətən yolunda şəhidlik zirvəsinə ucalaraq tariximizn şanlı səhifələrini yazan qəhrəmanlarımız heç zaman unudulmayacaq və daim böyük ehtiramla anılacaqdır.

 

O bildirib ki, hər birimizə sonsuz sevinc hissləri yaşadan Qarabağ Zəfəri bölgədə inkişaf və tərəqqi üçün əlverişli geosiyasi mənzərə formalaşdırdı, yeni reallıqlar və imkanlar yaratdı: “Bu gün doğma Qarabağımızın sürətlə dirçəldilməsi və aparılan genişmiqyaslı quruculuq işləri dünyaya bir daha Azərbaycanın gücünü və torpaqların əsl sahibi olduğunu göstərir. Möhtərəm Prezidentimizin işğaldan azad edilmiş bölgələrə səfərləri çərçivəsində bir-birinin ardınca nəhəng layihələrin təməllərinin qoyulması və açılışlarının edilməsi olduqca qürurverici və əlamətdar hadisədir. Əminəm ki, şəhidlərimizin ruhu şaddır. Bu gün onların ayaq və qan izlərinin dəydiyi doğma yurdlarımız cənnətə çevrilir. Zəfər Bayramımız mübarək! Yaşasın Azərbaycan xalqı! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.