Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-02 13:16:05
Diplomu və diploma əlavəsi olmayan namizədlər necə vakansiya seçəcək? - MİQ imtahanlarının qaranlıq məqamları

Xəbər verdiyimiz kimi MİQ imtahanlarının nəticələri imtahanda iştirak edən hər namizədin şəxsi səhifəsinə göndərilib. Növbəti mərhələ isə vakansiya seçimi mərhələsidir.

Vakansiya seçimi mərhələsində şəxsi səhifənizə daxil olaraq orta ixtisas və ya ali təhsil haqqında sənədi və ona əlavəni müvafiq bölməyə yüklədikdən sonra təqdim olunan vakansiyalar siyahısından istədiyiniz səkkiz vakant yeri seçməklə elektron ərizənizi təsdiqləyib tamamlamalısınız.

Seçim mərhələsində bəzi məqamlar müəllimlər arasında çaşqınlıq yaradıb.

AzEdu.az bunu nəzərə alaraq vakansiya seçimi ilə bağlı sual doğuran bir neçə məqamı diqqətə çatdırır.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitundan AzEdu.az-a verilən məlumata görə, diplom əlavəsi olmayan namizədlər seçim zamanı əlavəni sistemə daxil etməyə bilərlər. Bu heç bir problemə yol açmayacaq.

Cari ilin məzunları və hələ diplom almayan şəxslər isə MİQ  imtahanları zamanı qeydiyyatdan keçərkən istifadə etdikləri arayışı sistemə daxil etməlidirlər.

Qeyd edək ki, vakansiyaların avqustun 3-də elan olunması nəzərdə tutulub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları