Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-02 12:02:36
Məktəbli formaları bahalaşacaq? – Bakı Tikiş Evindən AÇIQLAMA  

Yeni tədris ilinin başlanmasına bir aydan çox vaxt qalmasına baxmayaraq bəzi valideynlər övladları üçün məktəb ləvazimatları və məktəbli forması axtarışındadır. Lakin valideynlər çox vaxt formaların müxtəlif məbləğə satılmasından və qiymət artımından narazılıq edirlər.

Bəs bu il məktəbli formalarında qiymət artımı gözlənilirmi?

Məsələnin aktuallığını nəzərə alaraq məktəbli formalarının istehsalı ilə məşğul olan Bakı Tikiş Evi  (BTE) ilə əlaqə saxladıq.

Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov AzEdu.az-a açıqlaması zamanı bildirib ki, BTE-nin  tikdiyi məktəbli formalarının qiymətində heç bir artım gözlənilmir:

“Məktəbli  formaları bu dəqiqə də satılır. Şagirdlər geyimləri yay müddətində də alırlar. Daha çox satış dərs ilinin başlanmasına bir həftə qalmış baş tutur.

Bu il məktəbli formalarının modellərində, dizaynında  dəyişiklik olmayacaq. Çünki əks təqdirdə valideynlər ötən il aldıqlarından əlavə,  yeni forma əldə etmək məcburiyyətində qalacaqlar. Hər bir formanı məktəbli  azı 2 il geyinə bilər”-

Qeyd edək ki, BTE-nin ”Qaynar xətt”i də fəaliyyət göstərir. Maraqlananlar (012) 597-45-39 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Gunel YAŞARQIZI