Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-02 11:10:00
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edənlərin sayı AÇIQLANDI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində iyul ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

BŞTİ-dən AzEdu.az-a bildiriblər ki, həmin müddətdə hər iki mərkəzə daxil olan 7 min 91 müraciətin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll edilib.

Telefon Məlumat Mərkəzində 2 min 771 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 1 754 vətəndaş müraciəti daxil olub. 197 vətəndaş sorğularına uyğun olaraq elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

Vətəndaşların Qəbulu Mərkəzində 1 907 sənəd (vətəndaşlar tərəfindən 627 ərizə, Təhsil Nazirliyindən 209, digər qurumlardan 165, məktəblərdən 246 məktub, 36 strukturdaxili yazışma və 624 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin 462 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, birinci sinfə uşaqların qəbulu, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı, işə qəbul və digər məsələləri əhatə edir.